"Football-plus.az" xəbər verir ki, Konfrans Liqasında "Aris" və "Rapid"ə qarşı keçirilən matзlarda vəziyyət qənaətbəxş idisə, "Kəpəz"lə son görüşdə qazonun saraldığı və keçəlləşdiyi aşkar görünürdü.
Problemin nədən qaynaqlandığını öyrənmək üçün arenanın direktoru Tələt Məmmədovla əlaqə saxladıq:
"Stadionun ot örtüyü yeni salınıb. Vaxtında da suvarma işləri görülür. Sadəcə, hədsiz istilərə görə ot saralıb. "Bakcell Arena"da başqa heç bir problem yoxdu. Havalar sərinlədikcə ot örtüyü də arzuolunan vəziyyətə gələcək".
ABDULLA İSMAYILOĞLU