Mahirin komandası “Qalatasaray”ı məğlub etdi

17.03.2023 23:09 331
Ölkə futbolu / Dünya futbolu / Manşet
Türkiyə superliqasında 26-cı turun oyunları keçirilir.

“Football-plus.az” xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" bu gün növbəti matçına çıxıb. “Ağ-yaşıllar” "Qalatasaray"la qarşılaşıb. Görüş "Konyaspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Həmyerlimiz matça start heyətində çıxıb. O, 15-ci dəqiqədə sarı vərəqə alıb. Emreli 79-cu dəqiqədə Oğulcan Ulqunla əvəzlənib.

"Konyaspor" - "Qalatasaray" - 2:1
Dikmen, 62, Ulqun, 90+3 - Raşika, 31