“Yaşar Vahabzadəyə bir il, Tərlan Əhmədova 9 oyun dözdük”

17.09.2023 20:30 348
Premyer-liqa / Manşet
Dünən Misli premyer-liqasının 6-cı turunda “Səbail”i qəbul edən "Kəpəz" darmadağın oldu - 0:3.

Gözlənildiyi kimi, ağır məğlubiyyət azarkeşləri özündən çıxardı. "Dənizçilər"in baş məşqçisi Şahin Diniyevdən "qol yağışını dayandırmağı" xahiş edən də oldu, "istefa, istefa" qışqıranlar da. Bu məsələ ilə bağlı "Kəpəz"in ən böyük fanklubu "Xəmsə"nin rəhbəri Müşfiq Məmmədovla əlaqə saxladıq. O, fikirlərini "Football-plus.az"la bölüşdü:

"Xəmsə"nin heç bir üzvü "istefa" şüarını səsləndirməyib. Amma bu o demək deyil ki, belə davam edəcək. Nəticələr üzündən hər kəs narazıdı. Hələ ki gözləmə mövqeyindəyiq. Biz Yaşar Vahabzadənin uğursuzluqlarına bir il dözdük, səs çıxarmadıq. Tərlan Əhmədov 9 oyun qələbə qazana bilmədi, səbr etdik. İndi də axarı izləyirik. İnşallah, qısa zamanda komanda toparlanar, məncə, hələ istefa tələb etməyin vaxtı deyil".

KƏNAN BAHADIR