"Xəmsə" Yaşar Vahabzadəni istefaya səslədi

5.04.2022 17:08 643
Aktual / Ölkə futbolu
Birinci divizionun 20 - ci turu çərçivəsində bu gün baş tutan "Kəpəz" - "Keşlə - 2" matçında meydan sahibləri paytaxt təmsilçisinə 0:2 hesabı ilə məğlub oldu.

Oyundan sonra Gəncə klubunun fanqrupu olan "Xəmsə" "feysbuk" hesablarında məğlubiyyətin səbəbkarı olaraq gördükləri baş məşqçi Yaşar Vahabzadəni bu sözlərlə istefaya səslədi:

"İstefa vermək özü bir mədəniyyətdi, dedik biləsiniz. Bu gün Divizionda azarkeş sayı sizi aldada da bilə , amma unutmayın ki, Premyer Liqada ( layiqli yerdə çıxmasaz, demək ki, haram olacaq ) bir neçə min nəfərdən "İstefa" eşitmək ağır gələcək.Uğur arzulamırıq , bacardığınızı edin".

SƏNƏM FƏRHADOVA