"Football-plus.az" xəbər verir ki, oyunun 65-ci dəqiqəsində meydan sahiblərinin üzvü Elmir Tağıyev başından ciddi zədə alır. Həkimlər müdaxilə edən zaman hesabın 0:3 olmasına üzülən azarkeşlər Şahin Diniyevdən gözlənilməz xahiş etdilər:
"Ay Şahin, qol yağışını saxla! Bəsdi! Gəncədəsən! Ayıbdı! Daha bizi biabır etmə!"
Mütəxəssis onların qarşısında əyilərək "baş üstə" dedi. Daha sonra Elmir Tağıyevə yaxınlaşan Şahin Diniyev sabiq futbolçusunu təsəlli etdi.
İLKİN SULTANLI





