Şahin Diniyevin köməkçiləri bəlli olub.
Rəsmən açıqlanmasa da, təcrübəli mütəxəssis “Zirə-2” ilə müqaviləyə qarşılıqlı razılıqla son qoyan Azər Məmmədova, eləcə də Elmir Xankişiyevlə Fuad Əsədova üstünlük verib. Fuad yığmanın məşqçisi Arif Əsədovun oğludu və qapıçılarla işləyir. Bundan başqa, Şahin bəy oğlu Kərimi də yanına gətirib. Yayda karyerasını bitirən sabiq müdafiəçi də atasının yanında köməkçi məşqçi kimi fəaliyyət göstərəcək. Bu yerdə bildirək ki, Kərim atası "Kəpəz"ə baş məşqçi işləyəndə onun rəhbərliyi altında çıxış edib.