"Football-plus.az" olaraq, bu gözlənilməzliyin səbəbini "dənizçilər"in baş məşqçisi Şahin Diniyevdən soruşduq:
"Oyunun startı ərəfəsində, son isinmə hərəkətlərini edərkən Mazurekin ayağı burxuldu. Ona görə məcburən onu Mirabdulla ilə əvəzlədik. Həkimlər ilk yardımı göstərdilər. MRT müayinəsindən sonra zədəsinin ciddi olub-olmadığı daha dəqiq bilinəcək".




