"Football-plus.az" olaraq baş vermiş olayla bağlı Elmir Xankişiyevin yanaşmasını öyrəndik:
"Mən həmişə təmkinini qorumağa çalışan biriyəm. Çox nadir hallarda hakimlərlə mübahisə edərəm. "Sumqayıt"la oyunda bir-iki epizod var idi, onlarla bağlı 4-cü hakimə narazılığımı bildirdim. Böyüdüləcək nəsə yoxdu. Futbolda belə hallar tez-tez olur. Əsas odu ki, heç bir inciklik, qarşıdurma olmadı".
ABDULLA İSMAYILOĞLU




