Bildiyiniz kimi, ölkəmizin futzal yığması bu gün DÇ-2024-ün elit mərhələ oyununda səfərdə Rumıniya ilə qarşılaşacaq.
“Football-plus.az” xəbər verir ki, oyunun paytaxt Buxarestə yox, Bizauya salınması bəzi çətinliklər yaradıb. Xüsusən də parketin durumu ilə bağlı narahatlıq var. Yığma üzvü Xətai Bağırovun fikriləri:
“Bəli, arena ilə bağlı problemlər var. Bizdən əvvəl həndbol komandası parkerdə məşq edib. Bildiyiniz kimi, onlarda da top yapışqanlı olduğu üçün hər yerə yayılır. Bu da bizə sürüşməkdə çətinlik yaradır. Zalın belə durumu hər iki komandaya ötürmə və top qəbulunda problem yaradacaq. Çətinliklə də olsa, ilk məşqimizi elədik. Dünən Bakı vaxtı ilə sonuncu hazırlığımızı keçdik. Əlimizdən gələni edəcəyik ki, vətənə yaxşı nəticə ilə qayıdaq. Buna inanırıq. Komandada ab-hava çox yaxşıdı. İlk matçlar həmişə ağır olsa da, bunun öhdəsindən gələcək oyunçularımız var. Bir neçəsi də legioner həyatı yaşayır. Onların gücü hamıya məlumdu. Üzun müddətdi oyunçularla birgə oynadığımız üçün heç bir problemimiz yoxdu”.
Emin Kürdov da saytımıza açıqlama verdi:
"Parketin vəziyyəti idealdı. Burda həndbol komandası toplanış keçirdi. Onlar da top ələ yaxşı yapışan deyə, xüsusi maddə vururlar. Onu da ən çox qapılara sürtüblər. Sadəcə, paltardəyişmə otaqlarında vəziyyət ürəkaçan deyil. Komandada ab-hava əladı, zədəlilərimiz yoxdu. Oyunda qələbə qazanmaq istəyirik".
CAVİD ƏLİYEV