AÇ-2024: 1-ci tura yekun vurulub

26.03.2023 11:15 326
AÇ-2024-ün seçmə mərhələsində 1-ci tura yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, dünən A, D və I qruplarında ümumilikdə 3 oyun keçirilib.

İspaniya millisi evdə Norveçin qapısından 3 cavabsız qolla qalib gəlib. Xorvatiya yığması doğma meydanda Uelslə heç-heçə edib - 1:1. Rumıniya isə səfərdə Andorradan üstün olub.

AÇ-2024, seçmə mərhələ
1-ci tur
A qrupu


Şotlandiya - Kipr - 3:0
Qollar: Con Makginn, 21. Skott Maktominey, 87, 90+3
Qırmızı vərəqə: Nikolas Yoannu, 90+5

İspaniya - Norveç - 3:0
Qollar: Dani Olmo, 13. Xoselu, 84, 85

Xal durumu: Şotlandiya - 3, İspaniya - 3, Gürcüstan - 0 (oyun keçirməyib), Kipr - 0, Norveç - 0

D qrupu

Ermənistan - Türkiyə - 1:2

Qollar: Ozan Kabak, 10 (öz qapısına) - Orkun Kökçü, 35. Kerem Aktürkoğlu, 64

Xorvatiya - Uels - 1:1
Qollar: Andrey Kramariç, 23 - Neytan Brodhed, 90+3

Xal durumu: Türkiyə - 3, Uels - 1, Xorvatiya - 1, Latviya - 0 (oyun keçirməyib), Ermənistan - 0.

I qrupu

Belarus - İsveçrə - 0:5

Qollar: Renato Şteffen, 4; 17; 29 (penalti). Qranit Caka, 62. Zeki Amduni, 65

İsrail - Kosovo - 1:1
Qollar: Don Perets, 56 - Eli Dasa, 36 (avtoqol)

Andorra - Rumıniya - 0:2
Qollar: Dennis Man, 35. Denis Alibek, 49
Qırmızı vərəqə: Mark Rebes, 61 (Andorra)

Xal durumu: İsveçrə - 3, Rumıniya - 3, Kosovo - 1, İsrail - 1, Andorra - 0, Belarus - 0.