Matçın ikinci hissəsində rəqib komandanın üzvü Papakostasın kobud müdaxiləsi yığmamızın üzvü Xətai Bağırovun zədələnməsinə səbəb oldu.
Görəsən, onun durumu necədi? Futzal Federasiyanın mətbuat katibi Mahal Məmmədov “Football-plus.az”a bunları dedi:
“Ciddi problem yoxdu. Ayağının çarpaz bağlarında yüngül zədə var. Vəziyyəti yaxşıdı. Martın 7-də Polşa millisi ilə qarşılaşacağımız səfər oyununda iştirak edə biləcək”.
KƏNAN BAHADIR





