AFFA rəsmisi "Roma"nın oyununda

12.09.2022 16:04 272
Dünya futbolu
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

"Football-plus.az" assosiasiyanln rəsmi saytına istinadən xəbər verir ki, Mehdiyeva qadınlar arasında Çexiyada “Sparta” (Praqa) və İtaliyanın “Roma” komandaları arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin 2-ci tur oyununda UEFA nümayəndəsi olacaq.

Sentyabrın 21-də keçiriləcək qarşılaşma saat 20.30-da başlayacaq.