Son mövsümün ən yaxşı oyunçusu seçildi

14.09.2023 23:50 200
Dünya futbolu
“Bavariya”da son mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Camal Musiala qalib gəlib. 20 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda 46 faiz səslə 1-ci yeri tutub.

Camal ötən mövsüm bütün turnirlərdə keçirdiyi 47 oyunda 16 qolun və 13 məhsuldar ötürmənin müəllifi olmuşdu.