Klubunda ayın ən yaxşı oyunçusu seçildi

3.09.2023 13:51 247
Dünya futbolu
“Mançester Yunayted”də avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, bu nominasiyada Bruno Fernandeş qalib gəlib. Portuqaliyalı yarımmüdafiə azarkeşlər arasında keçirilən sorğuda 1-ci yeri tutub.

O, ötən ay premyer-liqada keçirdiyi 3 oyunda 1 qolun və 1 məhsuldar ötürmənin müəllifi olmuşdu. Bruno “Nottingem Forest”lə ev oyununda (3:2) fərqlənmişdi.