Klubunda ayın ən yaxşı oyunçusu seçildi

7.09.2023 18:58 193
Dünya futbolu
“Mançester Siti”də avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Rodri qalib gəlib. İspaniyalı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda 1-ci yeri tutub. O, Filip Foden ilə Mateo Kovaçiçi arxada qoyub.

Rodri ötən ay premyer-liqada keçirdiyi 3 oyunda 2 qolun və 1 məhsuldar ötürmənin müəllifi olmuşdu.