Avropa çemiponu Qətərdə qərar tutdu

14.09.2023 23:20 185
Dünya futbolu
Marko Verrattinin “Əl- Ərəbi”yə gözlənilən keçidi rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, Qətər klubu PSJ-nin yarımmüdafiəçisinin transferini rəsmən açıqlayıb. AÇ-2020-nin çempionu yeni klubunda “7” nömrəli forma ilə çıxış edəəck. Tanınmış jurnalist Nikolo Skira “Əl-Ərəbi”nin 30 yaşlı yarımmüdafiəçinin transferi üçün Fransa klubuna 50 milyon avro ödəyəcəyini yazıb. İtaliyalı futbolçu ilə imzalanan müqavilənin müddəti 2026-cı ilin yayına qədərdi.

Verratti PSJ-də 2012-ci ildən çıxış edirdi. O, Fransa çempionatında 276 oyun keçirib və 7 qol vurub.