Marko Verratti bu gedişlə karyerasını PSJ-də başa vuracaq. Fransa klubu italyan futbolçusu ilə müqaviləni növbəti dəfə yeniləyib.
Parislilərin rəsmi saytının xəbərinə görə, 30 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb. Verratti PSJ-də 2012-ci ildən oynayır.