“Futbol+” işıqlandırdı, AFFA FİFA ilə problemi həll etdi

14.09.2023 20:50 542
Ölkə futbolu / Manşet
Azərbaycanlı agentlərin FİFA lisenziyası almaq üçün verməli olduğu imtahan prosesində problemin yaşandığına toxunduq, müxtəlif fikirlərə yer verdik.
Qısaca bildirək ki, menecer olmaq üçün qeydiyyatdan keçən şəxslərin hesablarında imtahanın vaxtı və qiyməti göstərilmirdi. AFFA buna görə FİFA-nı, ali futbol qurumu isə bizim federasiyanı günahlandırırdı. Menecer olmaq istəyən şəxslər və lisenziya almaq istəyənlər bununla bağlı “Football-plus.az”a müraciət edərək, şikayətlərini dilə gətirirdilər.

Məsələ ilə bağlı dünən redaksiyamıza yeni informasiya daxil olub. Artıq imtahan vermək istəyənlərin problemi həll olunub. FİFA-dakı platformada imtahanın keçirilmə yeri kimi AFFA-nın inzibati binası göstərilib. Bundan başqa, menecer olmaq istəyənlər bunun üçün hansısa ödəniş etməyəcək.

İLKİN SULTANLI