• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Agentlərin imtahan qalmaqalı böyüyür - AÇIQLAMALAR

Ölkə futbolu / Manşet

12-09-2023, 16:0

Azərbaycandan FİFA meneceri olmaq istəyən şəxslərin problemlə üzləşdiyini diqqətinizə çatdırmışdıq.

Sentyabrda rəsmi agent olmaq istəyənlərin imtahanı olacaq. Lakin qurumun rəsmi saytında bununla bağlı hansısa məlumat yoxdu. Problem FİFA-dan qaynaqlanır. Çünki rəsmi saytda ölkələr üzrə qeydiyyatlar başa çatsa da, Azərbaycan seqmentində imtahanın harda keçiriləcəyi, şəxslərin nə qədər pul ödəyəcəyi göstərilməyib.

Azərbaycanda FİFA meneceri olmaq istəyən, hətta yenidən lisenziya almaq istəyən şəxslər var. Hətta bununla bağlı kurs da təşkil olunub. “Goals Sport Education Platform” agent olmaq istəyənlərə bu yöndə dəstək olur. Qurumda seminarları tanınmış menecer Emil Şükürovla hüquqşünas Elcan Həsənli aparır. İndi “Goals Sport Education Platform”da menecerliyin sirlərini öyrənmək istəyənlər belə problemlə üzləşiblər. Elcan Həsənli ilə əlaqə saxlayaraq problemin nədə olduğunu aydınlaşdırdıq:

“Bildiyiniz kimi, FİFA agentlik qaydalarında müəyyən dəyişiklər edib. Artıq bu işlə məşğul olmaq istəyən şəxslər imtahadan keçməlidilər. Bundan sonra onlar agent fəaliyyəti ilə məşğul ola bilərlər. Bu səbəbdən də FİFA agentlər üçün platforma yaratdı. Menecerlik fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər avqustun 31-nə kimi qeydiyyatdan keçməliydilər. Bu ikinci belə imtahandı.

Apreldəkində, ümumiyyətlə, qeydiyyat zamanı Azərbaycanı seçmək olmurdu. Mən də imtahan vermək üçün məkan kimi Türkiyəni seçməyə məcbur oldum. İyulda isə sistemdə Azərbaycan bölməsi açıldı. FİFA-nın agentlik qaydalarında da açıq-aşkar göstərilir ki, imtahanın texniki məsələləri yerli federasiyalar tərəfindən həll olunur. Buna sevindik ki, öz ölkəmizdə də imtahan keçiriləcək. Bilirsiz ki, biz bununla bağlı insanlara tədris də keçirik. Düzdü, özüm yuxarıda qeyd etdiyim kimi, imtahanı Türkiyədə verəcəm. Mənim qeydiyyatımı sistem iyunda təsdiqləyib. Mənim üçün tədris materialları, sınaq imtahanları aktivləşmişdi. Yəni platformanın bütün imkanlarından istifadə edə bildim. Lakin Azərbaycanı seçən tələbələrimiz, təəssüf ki, bu hüquqdan məhrum oldular. Düşündük ki, bir müddətdən sonra bu məsələ həllini tapar. Avqustun 31-də qeydiyyat tam başa çatandan sonra artıq bütün federasiyalar imtahanın dəqiq harda, saat neçədə keçiriləcəyi, imtahana giriş qiyməti haqda məlumatı öz ölkələrinin agentləri ilə bölüşüb. Məsələn, Türkiyədəki imtahan sentyabrın 20-si, yerli vaxtlar saat 14.00-da keçiriləcək. Qiymət də 2500 TL müəyyən edilib. Tələbələr həmin vaxta kimi ödəniş edərək imtahanda iştirak edə bilərlər. Mən də bu proseslərdən keçmişəm. İnşallah, həmin gün Türkiyədə imtahan verəcəm. İmtahanın keçirilməsinə 8 gün vaxt qalıb. Amma hələ də Azərbaycan üçün bu məlumatlar göstərilməyib. Bununla bağlı FİFA-ya müraciət etmişik. Onlar qeyd edirlər ki, bunu AFFA ilə birgə həll etməyə çalışırlar. Təəssüf ki, bu məsələ yoluna qoyulmur. Gürcüstanda, Türkiyədə hansısa problem yoxdu. Burda hansısa çətin iş də yoxdu. Deyə bilmərəm ki, günah kimdədi. Əsas odu ki, problem var. Bu məsələ tez bir zamanda həll olunmalıdı ki, agent olmaq istəyən şəxslərin hüquqları pozulmasın. Bizim istəyimiz budu”.


Kursun iştirakçılarından Feyzulla Mehdiyev də yaranmış problemə görə narahatlıq keçirir:

“Üç aydan çoxdu imtahana hazırlaşırıq. Emil Şükürovla Elcan Həsənlinin təşkil etdiyi kursda iştirak edirik. 3 ay bundan öncə platformadan qeydiyyatdan keçmişik. Lakin sistem tam işə salınmayıb. Biz öz hesablarımızda olan materialdan, sınaq imtahanlarından istifadə edə bilmirik. Sistemdə qeyd edilir ki, bu problem hansı ölkədən qeydiyyatdan keçmisənsə, ondan qaynaqlanır. Biz də düşünürük ki, bu işə cavabdeh qurum AFFA-dı. Federasiya bu məsələni FİFA ilə birgə təmzimləməliydi. İmtahana cəmi 8 gün qalıb. Hələ də məlum deyil ki, proses harda baş tutacaq. Bu müddət çox azdı. Türkiyə və ya Gürcüstanda hansısa problem yoxdu. Orda da imtahandan keçə bilərdik. Lakin bu da əlavə xərc tələb edir. Həmin ölkələrə səfər etmək lazımdı. Neçə şəxs var ki, FİFA agenti olmaq istəyirlər. Onların platformalarında qeydiyyat tam aktiv olmayıb. Mən texniki məsələləri bilmirəm. Düşünürəm ki, bu məsələ AFFA-nın səlahiyyətindədi. İmtahanla bağlı bütün məsələlər həllini tapsaydı, biz də sınaqlardan rahat istifadə edə bilərdik. Yaxşı ki, Elcan və Emil bəy başqa ölkələrdə qeydiyyatdan keçiblər. Onların sayəsində materiallardan istifadə edə bilirik. Bu, xəyal qırıqlığıdı. Əziyyət çəkirik. Hamı imtahan vermək istəyir, buna hazırlaşır. Vaxt bəlli olmalıdı. Bu qeyri-müəyyənlik bizi həddən artıq stressə salır. Bir tərəfdən də imtahanın həyəcanı var. Düşünün ki, nə qədər əziyyət çəkirik. Heç nə bilmirik. Ola bilər ki, AFFA bunu təşkil edə bilməsin. Heç olmasa, bilərdik. Onda başqa ölkələrə müraciət edərdik. Platformada qeydiyyat yerini dəyişmək və təsdiqlənməsini gözləmək əlavə vaxt itkisidi. Kimisə günahlandırmıram. Amma düşünürəm ki, bu, birbaşa AFFA-nın səlahiyyətində olan məsələdi. Necə olur ki, qonşu ölkələrdə heç bir problem yoxdu. Lakin bizdə imtahanla bağlı heç bir informasiya namizədlərə verilmir. Bu məsələ məni həqiqətən narahat edir”.


Gördüyünüz kimi, ortada böyük problem var. Bəs, AFFA bu məsələ ilə bağlı hansı işləri görür? Qurum agentlərin problemini həll edəcəkmi? Ümumiyyətlə, imtahan olacaq? Suallarımızı AFFA-nın agentlərlə əlaqələndirici əməkdaşı Nurlan Zeynalzadəyə ünvanladıq:

“Problemdən xəbərimiz var. Mən fərdlərin hesablarına girə bilmirəm. Sadəcə, adminstrativ panelə daxil ola bilirəm. Burda problem var. Biz imtahanın vaxtını və zamanını əlavə edə bilmirik. Bunun üçün bizə icazə verilməyib. Bununla bağlı dəfələrlə FİFA-ya yazmışam. Burda bizlik problem nə var ki? Sadəcə, qurum bizə məlumatları əlavə etmək üçün icazə verməyib. Öz səlahiyyətimə uyğun olaraq deyə bilərəm ki, belə məsələləri FİFA həll edir. Amma “belə problem niyə ancaq Azərbaycanda yaşanır” sualına dəqiq cavab verə bilmərəm. Buna rəhbərlik cavab verə bilər. Bu barədə də AFFA rəhbərliyinə məlumat vermişəm. Onlar da FİFA ilə danışıblar. Hətta “FİFA Europa”ya məktub da ünvanlanıb. İmtahanın vaxtı və məkanı ilə bağlı sualınıza gəlincə, AFFA öz üzərində düşən işləri görür. FİFA ilə danışıqlar aparılır. Çalışırıq ki, agentlər imtahana girə bilsinlər. Proseslə bağlı bizim tərəfdən hər şey hazırdı. AFFA-da keçiriləcək imtahan. Şəxslər hər cür resusla təmin olunacaq. Fors-major halda resus çatmasa, yenə də təşkil edəcəyik. Agentlərin öhdəsinə düşən heç nə yoxdu. Sadəcə, texniki məsələlər həll olunandan sonra imtahanın vaxtı, zamanı və yeri açıqlanacaq. Yenə deyirəm, bu məsələ FİFA-nın öhdəsində olsa da, çalışırıq ki, qarşılıqlı şəkildə problemi həll edək”.


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

11-09-2023, 13:0

FİFA AFFA-nı, AFFA FİFA-nı günahlandırır - QALMAQAL

DÇ

22-08-2022, 19:0

Əcnəbilər DÇ-2022 üçün Azərbaycandan viza ala biləcəklər - SƏRƏNCAM

Aktual / Manşet

7-01-2023, 18:0

AFFA FİFA-dan rəsmi müraciət gözləyir - AÇIQLAMA

Ölkə futbolu

11-04-2023, 15:0

“Neftçi” sabiq futbolçusuna 80 min manat ödədi

Dünya futbolu

7-04-2022, 16:0

FİFA “Corriere dello Sport”un xəbərini təkzib etdi

Aktual
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
“Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir şans qazanmadı, komandası böyük hesabla uduzdu
  • Dünən, 23:59
    Qapıçı axtarışında olan ''Beşiktaş'' öz qapıçısını da itirə bilər
  • Dünən, 23:34
    "Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
  • Dünən, 23:15
    “Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi
  • Dünən, 22:39
    “Barselona” inadından dönmür
  • Dünən, 22:03
    “Hörmətlə yanaşın, son dəqiqələr haqda danışmaq istəmirəm” – Vitali Vernidub
  • Dünən, 21:50
    “Ofsayd idisə, ofsayd idi” - Rəşad Sadıqov
  • Dünən, 21:42
    Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
  • Dünən, 21:30
    "Turan Tovuz" qalib gəldi, "Neftçi" Zirədə xal itirdi - YENİLƏNİB
  • Dünən, 21:27
    "Zirə"nin futbolçusu mükafatlandırıldı
  • Dünən, 21:00
    İmran Məhərrəmov Avropa Liqasına təyinat aldı
  • Dünən, 20:38
    "Çox vacib və çətin qələbə qazandıq" - Kurban Berdiyev
  • Dünən, 20:17
    "Tam şəkildə məsuliyyəti üzərimə götürürəm" - Andrey Demçenko
  • Dünən, 19:53
    “Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
  • Dünən, 19:14
    "Qarabağ" üçün son şans - Dambrauskas Qurban Qurbanovun işini bitirə biləcəkmi?
  • Dünən, 19:03
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 18:55
    "Qarşılaşmaya tam hazırıq" - Siyasət Əsgərov
  • Dünən, 18:07
    “DH Volley” voleybol meydançası inşa etdi
  • Dünən, 18:01
    “Barselona” çempionluğa doğru daha bir addım atdı - İCMAL
  • Dünən, 17:14
    Hidayət Heydərov finalda uduzdu - AÇ
  • Dünən, 16:43
    Millimiz Gürcüstana da uduzdu
  • Dünən, 16:23
    Çempionluq artıq MS üçün əlçatmaz deyil - İCMAL
  • Dünən, 15:51
    "Araz-Naxçıvan" - "Turnəan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 15:20
    “Bavariya” 54 illik rekordu sona 5 tur qalmış yenilədi! - İCMAL
  • Dünən, 14:59
    “Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
  • Dünən, 14:43
    Hidayət Heydərov 6-cı dəfə Avropa çempionatının finalında
  • Dünən, 14:33
    “Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
  • Dünən, 14:08
    “Dinamo” da xal itirdi, “Şaxtyor” da - İCMAL
  • Dünən, 13:43
    Lənkəranda UEFA C kursu keçirildi
  • Dünən, 13:25
    “Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
  • Dünən, 13:10
    “Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
  • Dünən, 12:57
    Hidayət Heydərov yarımfinalda - AÇ
  • Dünən, 12:29
    "Qarabağ" azarkeşlərə müraciət etdi
  • Dünən, 11:58
    Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
  • Dünən, 11:39
    AFFA-da növbəti seminar
Daha çox
Oxunub: 228
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 149
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 142
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 137
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 117
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Oxunub: 114
PFL rəsmisindən AFFA ilə bağlanan müqavilə haqda açıqlama – şərtlər nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə