FİFA prezidenti Canni İnfantino əfsanəvi futbolçu Pelenin dəfn mərasimində maraqlı fikir irəli sürmüşdü.
Belə ki, o FİFA-ya üzv olan ölkələrin hər birində Pelenin adına bir stadionun olmasını təklif etdi. Məsələ ilə bağlı AFFA-ya müraciət etmişdik. Lakin bayram günləri olduğuna görə bunun ilk iş günündə müzakirə ediləcəyi bildirildi. Maraqlıdı, federasiya hansı stadiona Pelenin adını verəcək? Ümumiyyətlə, AFFA-nın bu məsələyə münasibəti necədi? Bu sualla qurumun Mətbuat İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu: