• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İcra başçısı əzəmətli “Karvan”ı yenidən dirçəltmək istəyir

Aktual / 1-ci liqa

11-09-2023, 14:0

Gələn həftə 1-ci liqa start götürəcək. 10 komandanın qatılacağı çempionata maraq indidən böyükdü.

Ötən mövsüm Region Liqasında çıxış edən 4 klubun 1-ci liqaya yüksəlməsi turnirin nüfuzunu bir qədər də artırıb. Yenilər “İrəvan”, “Difai Ağsu”, “Araz” və “Karvan”dı.

2 gün sonra start götürəcək yarış üçün komandalar hazırlığı başa vurub. Artıq indidən 6 klub favorit sayılır. Bunlardan biri də “Karvan”dı. Yevlax təmsilçisi uzun müddətdən sonra qayıtdığı böyük futbolda uğur qazanmaq niyyətindədi. Kənan Kərimovun rəhbərlik etdiyi komanda heyətini Şahin Zəkiyev, Ruslan Voronsov, Elvin İsmayılov, Elnur Mustafazadə, Cavanşir Cavanşirov, Müşfiq Teymurov, Ruslan Süleymanov, İzzət Muştaqov, Zaur Fərzəliyev, Akif Tağıyev, Əli Abdullayev, Əzəmət Ələkbərli, Ceyhun Muxtarlı kimi peşəkar və premyer-liqa təcrübəsi olan futbolçularla gücləndirib. “Ağ-qaralar” əcnəbi futbolçular da transfer edib. Bunlardan biri uzun müddətdi komandanın düşərgəsində olan gürcüstanlı qolkiper Tornike Kvaratsxeliyadı. O, yevlaxlılarla razılığa gəlib. Qolkiperlə birillik müqavilə imzalanıb. Onun transferi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, 23 yaşlı Tornikenin son klubu Gürcüstanın 1-ci liqasında mübarizə aparan “Merani” olub.

Yaxın günlərdə klub daha iki futbolçu ilə müqavilə bağlayacaq. Söhbət Kot-d”İvuardan olan Kinqz Nqozi və nigeriyalı Qnapi Anqenor Boskodan gedir. Hər iki futbolçu ilə danışıqlar yekunlaşıb. Baxışdan keçən oyunçuları Kənan Kərimov bəyənib.

“Karvan” peşəkarlaşma yolunda da önəmli işlər görür. Əsas komandanın güclənməsi, hazırlığı öz yerində, klub rəhbərliyi də boş dayanmayıb. Yevlaxlılar infrastrukturla bağlı problemləri yoluna qoymaq üçün ciddi addımlar atıb. Şəhər stadionunun qazonu ideal vəziyyətə gətirilib, paltardəyişmə və yardımçı otaqlar qaydasına salınıb. Ötən həftə yeni tablonun quraşdırıldığı Yevlax stadionunda çəkiliş meydançası da hazırdı. Artıq kameraların yerləşdirilməsi üçün yeni məkan hazırlanıb.

Bundan başqa, Kənan Kərimovun çalışdırdığı komanda üçün yeni baza tikintisinə başlanılıb. Meydançaya artıq yeni toxum da səpilib. Həmçinin bazada süni örtüklü əlavə meydança salınacaq. Hələlik məşqlər “Karvan”ın köhnə bazasında aparılır və komanda orda məskunlaşıb. Bazanın gələn il istifadəyə verilməsi planlaşdırılır. 2024/25 mövsümündə premyer-liqada çıxış etməyi hədəfləyən rəhbərlik bazada aşağı yaş qruplarından ibarət komandalar üçün də şərait yaradacaq. Bunun üçün artıq ciddi addımlar atılıb.

Bütün bu işlərin görülməsinin məqsədi var. Qeyd etdiyimiz kimi, rəhbərlik komandanın gələn mövsüm premyer-liqada çıxış etməsini istəyir. Bu səbəbdən də indidən lisenziya ilə bağlı işlər qaydasına salınır. Bu prosesdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev yaxından iştirak edir. Şəhər rəhbərinin futbola sevgisi hamıya bəllidi. O, “Karvan”ın əvvəlki əzəmətini geri qaytarmaq istəyir. Bu səbəbdən də klubdan dəstəyini və köməyini əsirgəmir.

Sentyabrın 13-də 1-ci liqanın ilk turunun oyunu məhz Yevlaxda keçiriləcək. “Ağ-qaralar” Aran derbisində “Mingəçevir”lə qarşılaşacaq. Kənan Kərimovun komandası açılış oyununda qələbə qazanaraq həm mövsümə yaxşı başlamaq, həm yevlaxlılar sevindirmək, həm də icra başçısının ümidlərini doğrultmaq niyyətindədi.

Yevlaxda peşəkar futbol klubunun olması, təbii ki, sevindirici məqamdı. Ümid edirik ki, görülən işlər fayda verəcək. “Karvan” 1-ci liqaya həm azarkeşləri, həm də oyunu ilə rəng qatacaq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

1-ci liqa

28-08-2023, 21:0

1-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

Ölkə futbolu / Manşet

12-04-2023, 21:0

Meydan sahibləri qələbəyə həsrət qaldı

1-ci liqa / Manşet

10-07-2023, 22:0

"İrəvan" güclü heyət formalaşdırır

Ölkə futbolu / Manşet

28-05-2023, 16:0

“İrəvan”, “Araz” və “Karvan”a kim qoşulacaq?

Aktual / Liqalar

10-06-2023, 14:0

"Karvan"ın "iştah"ı böyükdü - AÇIQLAMA

Liqalar

8-03-2023, 12:0

Region Liqasında pley-offa yüksələnlər müəyyənləşir

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 138
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə