Yeni mövsümdə 1-ci liqada daha gərgin və maraqlı oyunlar görəcəyik. Artıq çempionatda Yevlax və Ağsu təmsilçiləri də çıxış edəcək.
Bunu nəzərə alan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və qurumun texniki-idman direktoru Elgiz Abbasov adı çəkilən bölgələrə ziyarət edib. Elgiz bəy "football-plus.az" saytına səfər təəssüratını bölüşdüı:
"Qarşıdakı çempionatın daha səmərəli və standartlara uyğun keçirilməsi üçün bölgələrə işgüzar səfərlər həyata keçiririk. Öncə Ağsu və Yevlax şəhərlərində olduq. Hər iki rayonun İcra Hakimiyyətində bizi yaxşı qarşıladılar. Ağsu şəhər stadionu yaxşı səviyydədi. Hakim, dopinq, paltardəyişmə, duş otaqları qaydasındadı. Tribunalarda vəziyyət kafidi. Bircə stadionun ot örtüyündən narazı qaldıq. Hələ istədiyimiz səviyyədə deyil. Lakin işlər davam etdirilir. Amma Yevlax şəhər stadionunda qazonun vəziyyəti yaxşıdı. Təbii ot örtüklü meydan standartlara tam cavab verir. İnfrastruktur baxımından da hazırlıq işləri gedir. Düzdü, hər iki bölgənin futbol məkanları 100 faiz hazır deyil. Amma çempionatın startına qədər iradlarımızın hamısı aradan qaldırılacaq".
ABDULLA İSMAYILOĞLU