“Niyə hakim-inspektor kimi təyinat almayım? Dünən Elçin Məsiyevin idarə etdiyi AVRO-2024-ün seçmə mərhələ oyununda eyni vəzifəni UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti yerinə yetirib”.
“Football-plus.az" xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək jurnalistlər üçün təşkil olunan seminarda deyib.
Türkiyəli mütəxəssis buna haqlarının çatdığını bildirib: “Mən niyə öz işimi davam etdirməyim? Bunun çox faydası var. Bəzən xüsusi izləməli olduğum referilər olur. Təyinat almasaydım, tam anormal olardı”.
Qeyd edək ki, Elçin Məsiyevin idarə etdiyi İsveçrə - Andorra matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.