"Şanslarımız əlli-əlliyədi" - Vitali Borisov

12.09.2023 11:13 287
İdman / Müsahibə
Futzal millimiz Dünya Çempionatının elit raundunda sentyabrın 15 Rumıniya, 20-si isə Niderland seçməsi qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, bu oyunlardan əvvəl yığmanın baş məşqçisi Vitali Borisov jurnalistlərin suallarını cavablandırdı. Sizin əvvəlcə mütəxəssisin fikirləri ilə tanış edirik:

"Məşq prosesi yaxşı keçir. İki gün əvvəl də legionerlər komandaya qoşuldu. Bir-iki oyunçumuzun problemləri var. İnşallah,onlar oyuna kimi hazır olacaqlar. Bu gün axşam səfərə çıxırıq. Allah köməkliyi ilə yaxşı nəticə ilə vətənə qayıdarıq".

- Rəqiblərinizi analiz eləmisiz?
- Rumıniyanın son 4 oyununa baxmışıq. Uşaqlara da fikirlərimi çatdırmışam. Ora çatanda da rəqiblə bağlı videolar göstərəcəm. İnşallah, yaxşı olar.

- Yığmada baş məşqçi kimi debüt eləyirsiz. Bu necə hisdi?
- Debütü yaxşı başlamaq istəyirik. İnşallah, bu məqsədimizə də çatarıq.

- Qrupdakı şanslarınızı necə qiymətləndirirsiniz?
- Şanslarımız əlli-əlliyədi.

- Bəs Niderland millisini analiz eləmisiniz?
- Hələ ki baxmamışıq. Lakin məlumatlarımız var. Onların məşqçilərilə də birlikdə işləmişik. Mən Rusiyada çıxış etdiyim dönəmdə onların çalışdırıcıları mənim məşqçim idi.

- Komandadakı ab-hava necədi?
- Hər şey yaxşıdı. Uşaqların da əhval-ruhiyyəsi yerindədi.

CAVİD ƏLİYEV