Futzal millimizin iki oyun üçün heyəti açıqlanıb

11.09.2023 10:31 372
İdman
Futzal üzrə DÇ-2024-ün elit-raundunda səfərdə Rumıniya və evdə Niderland yığması ilə qarşılaşacaq millimizin təlim-məşq toplanışı başlayıb.

"Football-plus.az" xəbər verir ki, bu gün və sabah Bakıda hazırlıq keçəcək oyunçular sentyabrın 13-də Bakı-İstanbul-Buxarest reysi ilə səfərə yollanacaq.

İki gün matçın keçiriləcəyi Buzau şəhərindəki Romeo lamadi arenada məşq edəcək komanda qarşılaşmanın ertəsi gün Bakıya dönəcək.

Sentyabrın 17-dən 20-dək hazırlığını Bakı İdman Sarayında reallaşdıracaq millinin baş məşqçisi Vitali Borisov təlim-məşq toplanışına bu futzalçıları dəvət edib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)

Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe” Qazaxıstan), Amir Şocaei (“Neftçi” İK), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Oktay Rüstəmli (“Baku Fire”)

Qeyd edək ki, sentyabrın 15-də Rumıniya seçməsinin qonağı olacaq Azərbaycan komandası beş gün sonra Niderlandı qəbul edəcək.