O da Səudiyyə Ərəbistanında oynayacaq

5.09.2023 12:58 216
Dünya futbolu
Yannik Ferreyra Karrasko da bundan sonra Səudiyyə Ərəbistanında oynayacaq.

"Football-plus.az" xəbər verir ki, “Atletiko”nun təcrübəli futbolçusu “Əl-Şəbab”a transfer olunub.

Belçikalı yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayıb. İspaniya klubu transferə görə 15 milyon avro təzminat alıb.

30 yaşlı Karrasko “Atletiko”da 2020-ci ildən çıxış edirdi. O, bu komandada 266 oyun keçirib, 47 qol vurub və 45 məhsuldar ötürmə edib.