Dünən yığmamız "Dalğa Arena"da Belçika ilə qarşılaşdı və bir qolla uduzdu.
Ölkənin əsas komandası ümumilikdə pis çıxış etmədi. "Football-plus.az" saytı olaraq, yığmamızın sabiq üzvü Ceyhun Sultanovdan oyuna münasibət öyrəndik:
"Millimizin dünənki oyununu müsbət və mənfi məqamlar üzərində qiymətləndirməliyik. Müsbət məqam odu ki, seçmə mərhələdə keçirdiyimiz əvvəlki üç qarşılaşmayla müqayisədə bu dəfə yaxşı oynadıq. Oyun planında inkişaf var. Mənfi məqam odu ki, məğlub olduq, meydanı xalsız tərk etdik. İstənilən halda əsas olan nəticədi. Bir komandan 10 qarşılaşmada çox gözəl oyun sərgiləyə, amma xalsız qala bilər. Bu inkişaf demək deyil. Qısası, hələ görüləcək çox iş var. Yığma üçün futbolçular yetişdirməliyik".
ABDULLA İSMAYILOĞLU