“Zirə” minifutbol üzrə ÇL-də üçüncü oldu

9.09.2023 22:57 216
Ölkə futbolu
“Zirə” Rumıniyanın Oradea şəhərində keçirilən minifutbol üzrə Çempionlar Liqasında üçüncü yeri tutub.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz bürünc medal uğrunda görüşdən qalib ayrılıb.

“Zirə” yerli AEK-i üstələyib. Komandamız turnirin ötənilki qalibi olmuş rəqibi 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər komandası “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə uduzaraq, mübarizəni dayandırmışdı.