"Zirə" Çempionlar Liqasında məğlub oldu

7.09.2023 13:09 213
İdman
"Zirə" Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında ilk oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Ukrayna "Andezit"iylə üz-üzə gəlib. Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə bitib.

"Zirə" Bakı vaxtı ilə saat 20.00-da Bolqarıstan "Terra Trak"ı ilə münasibətlərə aydınlıq gətirəcək. Bu qrupda üç klub yer alıb.

Qeyd edək ki, bu gün “Birbaşa Bakı” da iki görüş keçirəcək.