“Zirə” finala yüksələ bilməyib - Çempionlar Liqası

9.09.2023 14:54 235
İdman
Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində təşkil olunan Çempionlar Liqasında finala yüksələ bilməyib.

“Football-plus.az" xəbər verir ki, Azərbaycan təmsilçisi yarımfinalda Monteneqronun "Sabornoq Xrama" klubuna məğlub olub.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” üçüncü yer uğrunda matçda son çempion AEK (Rumıniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.