"Heydər Əliyev - 100" Beynəlxalq Minifutbol Turniri: Çexiya çempion oldu - YENİLƏNİB

6.05.2023 22:51 369
İdman
Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinin mükafatçıları müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu gün keçirilən final və üçüncü yer uğrunda oyunla yarışa yekun vurulub.

Azərbaycan millisi bürünc medal uğrunda matçda Qazaxıstan kollektivi ilə üz-üzə gəlib. 2:2 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında daha dəqiq olan Qazaxıstan bürünc medala yiyələnib. Elşad Quliyevin yetirmələri isə turniri 4-cü pillədə başa vurublar.

Finalda Serbiya və Çexiya seçmələri münasibətlərə aydınlıq gətiriblər. Çexiyalılar rəqibi minimal fərqlə (4:3) məğlub edərək, beynəlxalq turnirin qalibi olublar. Serbiya komandası isə gümüş mükafata yiyələnib.