Komandamız Çempionlar Liqasının 1/8 mərhələsində

2.09.2022 16:33 315
İdman
Minifutbol üzrə Çempionlar Liqasındakı təmsilçimiz “Beerbaşa” 1/8 finala vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, komanda III turda Rumıniya klubu AEK-i məğlub edərək buna nail olub.

Beləliklə, təmsilçimiz tarixi uğura imza atıb. İlk dəfə olaraq Azərbaycan klubu minifutbol üzrə Çempionlar Liqasında mərhələ adlayıb.