• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Serb basketbolçu böyrəyini itirdi

İdman

8-09-2023, 22:0

Serbiya yığmasının basketbol üzrə dünya çempionatına 1/4 finala çıxmasına bazar günü Maniladan alınan xəbər kölgə salıb.

"Football-plus.az" xəbər verir ki, “Saraqosa”nın ağır forvardı Borişa Simaniçin (25 yaş, 211 sm) ilk qrup mərhələsi çərçivəsində Cənubi Sudanla oyunda aldığı zərbəyə görə böyrəyi çıxarılıb. Serbiya mediası basketbolçunun karyerasını davam etdirməsinin sual altına düşdüyünü xəbər verir.

Elliot ilə Mourninqin nümunəsi
Nuni Omoto ilə Borişa Simaniçin səbət altında toqquşması ilk baxışdan adi oyun epizodu kimi görünürdü. Oyunun sonuna iki dəqiqə qalmış serb böyrək nahiyəsindən dirsək zərbəsi aldı. Ardından forvard ağrı içində parketi tərk etdi.

Tezliklə aydın oldu ki, zədə yetərincə ciddidi. Hospitala aparılan Borişa təcili əməliyyat olundu. Nuni Omoto jurnalistlərə belə dedi: “Onun xəstəxanaya düşdüyünü eşitdim. Üzr istəyirəm, çirkin oynamaq istəmirdim. Borişanın tezliklə sağalmasını arzulayıram, hər gün onun üçün dua edirəm. Mən kobud oyunçu deyiləm, heç vaxt kiməsə zədə yetirmək niyyətim olmayıb. Simaniçin sağlıq durumuna görə narahatlıq keçirənlərin hər birindən, eləcə də onun özündən səmimi qəlbdən üzr istəyirəm”.

Belə görünürdü ki, Omotonun duaları boşuna getməyib. Avqustun 31-də Serbiya Basketbol Federasiyasının yaydığı açıqlamada Simaniçin özünü yaxşı hiss etdiyi, böyrəyin və onun bütün funksiyalarının qorunduğu deyilirdi. Borişanın yığmadakı oyundaşları da ona dəstək verirdi. Basketbolçunun oyun forması İtaliya ilə oyunun gedişində ehtiyat oyunçular skamyasında qoyulmuşdu. Komanda yoldaşları və məşqçi korpusu bu yolla Simaniçə dəstəyini ifadə edirdi.

Ancaq 2-ci qrup mərhələsinin sonuncu günündə “Sportal” portalı həkimlərin axır ki Borişanın böyrəyini çıxarmağa qərar verdiyi ilə bağlı xəbər yaydı. Serbiya yığmasının oyunçuları bundan Dominikan Respublikası ilə həlledici oyun ərəfəsində xəbər tutdular və rəqibi darmadağın etdilər. Yeni informasiyalar isə basketbolçunun gələcək karyerasının təhlükə altında olduğunu göstərir.

Simaniçin özü və ya təmsilçiləri hələ ki bu mövzuda hansısa şərh verməyib. Ümid edək ki, heç də hər şey deyildiyi qədər faciəvi deyil. Amma basketbol tarixində oyunçuların belə qorxulu diaqnozlardan sonra da sıraya qayıtmasına dair nümunələr var. Məsələn, “San-Antonio”nun heyətində MBA çempionu olan Şon Elliot doğma qardaşından böyrək köçürüləndən sonra iki mövsüm də oynadı və 33 yaşında karyerasını bitirdi. 2003-cü ildə MBA əfsanəsi Alonzo Mourninq böyrəyin funksiyalarını pozan seqmentar qlomeruloskleroz üzündən karyerasını dayandırmalı oldu. Yalnız qohumu böyrəyini transplantasiya üçün qurban verəndən sonra Alonzo parket üzərinə qayıda bildi. Ulduz basketbolçu əməliyyatın ardından “Mayami”nin heyətində daha dörd mövsüm keçirdi.

Bir neçə il əvvəl ən böyük istedadlardan sayılırdı
Simaniç bir neçə il əvvəl Teo Maledon, Deni Avdiya, Usman Qaruba, Leandro Bolmaro və Rokas Yakubaytislə birgə Avropa basketbolunun əsas istedadlarından sayılırdı. Düzdü, adı çəkilənlərdən fərqli nə Avroliqanın top-klublarında möhkəmlənə, nə də MBA-ya yollana bildi. Hərçənd karyerasına başlayanda çox şey vəd edirdi. O, 2013-cü ildə “Buduçnost”dan “Srvena Zvezda”ya keçdi, iki il sonra isə bu komandanın heyətində “Real”la qarşılaşmada əla debüt etdi (10 xal, 4 ribaund). 2015/16 mövsümündə Borişa gənclər arasında Avroliqanın “8-lər finalı”nın ən dəyərli oyunçusu sayıldı, ancaq əsas komandada möhkəmlənmək şansını çox gec qazandı. 2020/21 mövsümündə, nəhayət, Belqradın əsas klubunun heyətində yer aldı, sadəcə, Avroliqadakı yaxşı statistikaya rəğmən, forvarda yeni müqavilə təklif olunmadı. Belədə Simaniç Mişko Rajnatoviçin “Meqa” klubuna yollandı. Məşhur agent 2004-cü ildə aldığı Belqrad klubuna bütün dünyadan olan gənc istedadları yığaraq avtomatik özünün müştərisinə çevirir. Çoxları “Meqa”da bir-iki mövsüm təcrübə yığandan sonra səviyyəcə yüksək kluba keçir. Borişa da bunu bacardı. 2021/22 mövsümündə Adriatik liqasında keçirdiyi hər oyunda orta hesabla 12,8 xal və 4,3 ribaund toplayandan sonra müntəzəm yığmaya çağrılmağa başladı, ötən ilin yayında isə İspaniyaya yollandı.

“Köhnə qitə”nin ən güclü basketbol çempionatında it-bata düşmədi, “Saraqosa”nın heyətində hər oyunda orta hesabla 20 dəqiqə oynadı (6,9 xal və 3,5 ribaund). Serbiya yığmasının baş məşqçisi Svetislav Peşiç Borişanın adını DÇ-yə hazırlıq üçün genişləndirilmiş heyətə saldı, toplanışdan sonra isə yekun iştirak ərizəsində də saxladı. Amma təəssüf ki, Filippin səfəri forvard üçün xoş sonluqla bitmədi...

Paylaş:
Digər xəbərlər

İdman

28-07-2023, 14:0

Çin vətəndaşlığı aldı

İdman

19-11-2022, 14:0

Serblər Atamanı suçladı, o isə ittihamı rədd etdi

Konfrans Liqası

27-07-2023, 15:0

Kəllə sınığı – “Sabah”ın oyunçusu Paniç üçün mövsümü bitirdi

İdman

26-07-2023, 15:0

Yokiç yığmaya yardım etməyəcək

İdman

9-08-2023, 22:0

Donçiç zədələndi, sloveniyalılar qorxdu

İdman

7-09-2023, 21:0

ABŞ, Kanada, Serbiya və Almaniya...

Aktual
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
Son xəbərlər
  • Bu gün, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Bu gün, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Bu gün, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Bu gün, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Bu gün, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Bu gün, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Bu gün, 15:05
    AFFA-da seminar keçirildi
  • Bu gün, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Bu gün, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Bu gün, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Bu gün, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
Daha çox
Oxunub: 249
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 222
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 166
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə