Yokiç yığmaya yardım etməyəcək

26.07.2023 15:50 219
İdman
“Denver”in və Serbiya yığmasının mərkəz oyunçusu Nikola Yokiç qarşıdakı basketbol üzrə dünya çempionatında milli komandanın şərəfini qorumayacaq.

"Football-plus.az" xəbər verir ki, ona MBA mövsümünün ardından uzunmüddətli məzuniyyət verilmişdi, ancaq ulduz dünya çempionatında iştirakdan imtinaya qərar verib.

Mundialın 25 avqust – 10 sentyabr aralığında Yaponiya, İndoneziya və Fillippində keçiriləcəyini xəbər vermişdik. Serbiya yığması Çin, Cənubi Sudan və Puerto-Riko ilə eyni qrupda yer alıb.