Belçika yığmasını Bakıda nə qədər adam dəstəkləyəcək?

7.09.2023 14:54 331
Aktual / Yığma
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika matçına 2 gün qaldı. Rəqibin Azərbaycana nə vaxt təşrif buyuracağı, komandanı nə qədər azarkeşin dəstəkləyəcəyi maraq mövzusudu. Bu haqda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədlidən məlumaq aldıq.

Qurum rəsmisinin “Football-plus.az”a söylədikləri:

“Belçika yığması bu gün saat 22.00-da Bakıda olacaq, “Bilgeh Beach” otelində məskunlaşacaq. Matçdan dərhal sonra vətənə qayıdacaqlar. Rəqibi təxminən 180 azarkeşin dəstəkləyəcəyi gözlənilir”.


Qeyd edək ki, bu oyun sentyabrın 9-u, saat 17.00-da başlayacaq.

KƏNAN BAHADIR