Bu məlumatı “Football-plus.az”a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. “Köhlən atlar”ın rəsmisinin sözlərinə görə, komandanı Yunanıstanda 100-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir:
“Azərbaycanın Yunanıstandakı səfirliyindən əlaqə saxlayıblar. Orda yaşayan azərbaycanlılar da maraqlanıblar. 100-ə yaxın azarkeşin matça gələcəyini ehtimal edirik. Bilet satışı ilə bağlı bəzi detallar dəqiqləşdirilir. Bununla bağlı ətraflı məlumat verəcəyik”.
İLKİN SULTANLI

