Estoniya Bakıda bu məkanı seçdi

14.06.2023 21:51 399
Yığma / Manşet
Milli komandamız iyunun 17-də AÇ-2024-ün seçmə mərhələsi çərçivəsndə Estoniya ilə qarşılaşacaq.

"Dalğa Arena"da keçiriləcək görüş saat 20.00-da başlayacaq. Qarşılaşmanın biletləri mayın 17-dən satışa çıxarılıb. Biletlər üç kateqoriyaya bölünüb. 1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VIP üçün isə 10 manat nəzərdə tutulub. Biletləri 28 Mall, Gənclik Mall, Heydər Əliyev Sarayı, Köşk №1, Köşk №2, 1 saylı ASAN Xidmət, 2 saylı ASAN Xidmət, 3 saylı ASAN Xidmət, 4 saylı ASAN Xidmət və Sumqayıt ASAN Xidmətində əldə etmək mümkündü.

Redaksiyamıza daxil olan məlumata görə, bu günə kimi 2 minə yaxın bilet sahibini tapıb. Bəs Estoniya Azərbaycana nə vaxt gələcək? Qonaqlar harda məskunlaşacaq? Suallarımıza cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq: "Estonlar iyunun 15-də Bakıya gələcək. Onlar saat 20.55-də paytaxtımıza çatacaq və "Hyatt Regency" otelində məskunlaşacaq".

İLKİN SULTANLI