Parisdən Lissabona üz tutdu

5.09.2023 19:10 220
Dünya futbolu
Xuan Bernat PSJ-ni tərk edib.

“Football-plus.az” xəbər verir ki, karyerasını Portuqaliyada davam etdirəcək. İspaniyalı müdafiəçi “Benfika”ya yollanıb. O, cari mövsümün sonuna qədər bu komandada icarə qaydası ilə çıxış edəcək.

30 yaşlı Xuan PSJ-də 2018-ci ildən çıxış edir. Onun Fransa klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.