• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” Türkiyənin, “Beşiktaş” isə özünün rekordunu yenilədi! - TƏHLİL

Dünya futbolu

4-09-2023, 22:0

İlk oyundan sərfəli nəticə ilə ayrılan “Fənərbaxça” və “Beşiktaş” cavab oyununda sürprizə imkan vermədi.

"Football-plus.az" xəbər verir ki, “Fənər” 5:1-lik qələbənin ardından “Tvente”ni səfərdə də yenməyi bacardı. Niderland təmsilçisi həm erkən qol vurmaqla, həm də rəqibi təxribata çəkməklə intriqanı bərpa etmək istəyirdi. İstanbuldakı matçın ilk yarısında azlıqda qalan “Tvente” bu dəfə rəqibin azlıqda qalması üçün əlindən gələni etsə də, bu plan baş tutmadı. 72-ci dəqiqədə Kinqə qarşı kobudluğa görə təyin olunan penaltini dəqiq yerinə yetirən Ceko İstanbul nəhənginə qələbə qazandırdı. Bu qələbə daha çox statistik məqamlar və seriyanın davam etməsi baxımından önəmli idi. Çünki zatən komanda 1-2 topla məğlub olsaydı da, qrup mərhələsinə vəsiqə qazanacaqdı. Elə “Beşiktaş” da Kiyev “Dinamo”sunu 2-ci oyunda da yenməyi bacardı. “Qartal”ın qələbə qolunu komandanın əsas qol silahı Abubakar vurdu. Matça damğa vuran olay isə kamerunlu hücumçunun qol sevinci oldu. O, 2-ci hissənin əvvəllərində sol ayaqla topu yerlə uzaq küncə gündərdikdən sonra düz Mirça Luçeskunun önünə gələrək nümayişkəranə şəkildə onun qarşısında sevindi! Bu hərəkət Luçeskunun ilk oyundan sonra söylədiyi sözə cavab idi. 20 il öncə məhz elə “ağ-qaralar”ın başında çempion olmuş tanınmış rumıniyalı mütəxəssis ilk matçın ardından ”sanki “Beşiktaş”a qarşı yox, Afrika yığmasına qarşı oynadıq” ifadəsini işlətmişdi. Abubakar sarı vərəqə alsa da, onun bu hərəkəti uzun müddət unudulmayacaq.

Ümidləri doğrultmayan yalnız “Adana Dəmirspor” oldu. Daha doğrusu, Adana təmsilçisi “Genk”lə cavab oyununda üzərinə düşəni edərək məğlubiyyətn əvəzini çıxdı və minimal hesabla qalib gəldi. Amma 1:0-lıq qələbə yalnız oyunu əvvəlcə əlavə vaxta, sonra da penalti seriyasına daşımağa kifayət etdi. Burda isə həlledici 5-ci penalti zamanı komandanın ən təcrübəli ismi Belhandanın zərbəsi dirəyə tuş gəldi. “Adana Dəmirspor” KL-in qrup mərhələsinə vəsiqə qazana bilməsə də, tarixindəki ilk avrokubok macərasında çox xoş təəssürat bağışladı.

pley-off, cavab oyunları
Tvente (Niderland) – Fənərbaxça 0:1 (ilk oyun – 1:5)
Ceko, 72-p.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel, Sərdar Əziz, Bekao, Oostervolde, Fred, İsmayı Yüksək (Ciku, 83), Mərt Hakan Yandaş (İrfan Can Kahveci, 61), Cengiz Ündər (Kinq, 46), Tadiç (Şimanski, 61), Ceko (Umut Nayır, 86).

Beşiktaş – Dinamo K 1:0 (3:2)
Abubakar, 52.
Beşiktaş: Mərt Günok, Rozye, Nəcip Uysal, Kolli, Onur Bulut, Haciahmetoviç, Salih Uçan (Oksleyd-Çemberleyn, 89), Fernandeş, Raşitsa (Zaynutdinov, 76), Muleka (Rebiç, 75), Abubakar (Cenk Tosun, 81).
Dinamo (Kiyev, Ukrayna): Buşçan, Timçuk (Benito, 89), Popov, Sirota, Dubinçak, Karavayev, Sidorçuk (Brajko, 85), Şaparenko (Andreyevski, 76), Voloşin (Diallo, 76), Buyalski, Vanat.

Adana Dəmirspor – Genk (Belçika) 1:0, p.-4:5 (1:2)
Ş.Ndiaye, 45+9.
Adana Dəmirspor: Ərtaç Özbir (Karaçiç, 59), Svensson, Qravilyon, Semih Gülər (Manev, 86), Rodriges, Stambuli, Əmrə Akbaba (B.N`Diaye, 73), Yusuf Sarı, Belhanda, Yusuf Ərdoğan (Akintola, 46), Ş.Ndiaye (Nianq, 87).
*
Faktlar
* “Fənərbaxça” avrokuboklarda 260-cı oyununda 101-ci qələbəsini qazandı (55 heç-heçə, 104 məğlubiyyət, top fərqi – 347:369).
* “Fənərbaxça” avrokuboklarda keçirdiyi son 18 oyunun yalnız birində məğlub olub (14 qələbə, 3 heç-heçə). Yeganə məğlubiyyət ötən mövsüm AL-in 1/8 finalında “Sevilya” ilə səfər oyununda qeydə alınıb (0:2).
* “Fənərbaxça” avrokuboklarda ardıcıl 7-ci qələbəsini qazandı. Bu, tək klub tarixi üçün yox, ümumiyyətlə, Türkiyə təmsilçiləri arasında yeni rekorddu!
* “Fənərbaxça” bu mövsüm keçirdiyi 8-ci rəsmi oyunda 8-ci qələbəsini qazandı. Bu, klub rekordunun təkrarlanması deməkdi. İstanbul nəhəngi daha öncə yalnız bir dəfə - 1994/95-də almaniyalı Holger Osiekin rəhbərliyi altında mövsümə 8 qələbə ilə başlamışdı. “Fənər” həftəsonu Türkiyə çempionatında “Ankaragücü”nü yensə, İsmayıl Kartal bu göstəricidə yeni rekordun müəllifi olacaq.
* “Fənərbaxça” avrokuboklarda Niderland klublarına qarşı keçirdiyi 22-ci oyunda 9-cu qələbəsini qazandı (4 heç-heçə, 9 məğlubiyyət).
* “Fənərbaxça” avrokuboklarda Niderland klublarına qarşı keçirdiyi son 7 oyunun heç birində uduzmayıb (6 qələbə, 1 heç-heçə) və bunların 6-da qapısını toxunulmaz saxlayıb! “Fənər”i məğlub edən son Niderland təmsilçisi 2009-un sentyabrında AL-in qrup mərhələsi çərçivəsində “Tvente” olub.
* “Fənərbaxça” avrokuboklarda son 3 səfər matçında qol buraxmadan qalib gəlib. Klub tarixində daha uzun seriya (4 oyun) yalnız 2009-un avqust-dekabrında qeydə alınıb.
* “Beşiktaş” avrokuboklarda 236-cı oyununda 90-cı qələbəsini qazandı (47 heç-heçə, 99 məğlubiyyət, top fərqi – 313:351).
* “Beşiktaş” avrokuboklarda ardıcıl 6-cı qələbəsini qazanaraq tarixinin yeni rekorduna imza atdı!
* “Beşiktaş”ın rəsmi matçlarda məğlubiyyətsiz seriyası 23 oyuna yüksəldi (19 qələbə, 4 heç-heçə). Son məğlubiyyət fevralın əvvəllərində superliqanın 23-cü turu çərçivəsində “Sivasspor”la oyunda qeydə alınıb (0:1).
* Abubakar “Beşiktaş”ın heyətində avrokuboklarda 11-ci qolunu vurmaqla Cenk Tosuna çatdı. İndi kamerunlu forvard klub tarixinin avrokuboklarda ən məhsuldar oyunçuları siyahısında yalnız hərəyə 12 qol vuran Kuaresma ilə Bobodan və hesabında 14 qol olan Oktay Dərəlioğludan geri qalır.
* Kiyev “Dinamo”su “Beşiktaş”ın avrokuboklarda ən çox (4 dəfə) məğlub etdiyi komandadı.
* “Beşiktaş” indiyə qədər avrokubokların təsnifat mərhələlərində keçirdiyi 25 ev oyununun heç birində uduzmayıb (21 qələbə, 4 heç-heçə)! Avrokuboklar tarixində təsnifatlarda ilk 25 ev oyununda uduzmayan başqa komanda yoxdu
* Türkiyə klubları bu mövsüm avrokubokların təsnifat mərhələsini 20 qələbə ilə tamamladılar. “Fənərbaxça” və “Beşiktaş” hərəyə 6, “Qalatasaray” 5, “Adana Dəmirspor” 3 qələbə qazandı. Buna qədər avrokuboklar tarixində bir mövsümün təsnifat mərhələsində təmsilçiləri 20 qələbə qazanan ölkə olmamışdı!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-08-2022, 10:0

''Konyaspor''un müdafiəsi ''Fənər''in hücumuna qalib gəldi - VİDEO

Dünya futbolu

29-09-2022, 21:0

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Dünya futbolu

28-07-2022, 12:0

''Fənərbaxça'' - ''Dinamo'' oyununda ''Putin'' qalmaqalı

Dünya futbolu

9-05-2022, 21:0

''Beşiktaş'' ev derbilərində məğlubedilməzdi

Dünya futbolu

11-01-2023, 13:0

“Qalatasaray” “Fənərbaxça”nı məğlub edərək 30 illik sindromu qırdı

Aktual
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Mezzotero asan qol vurdu, amma vurdu da!
Son xəbərlər
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:50
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
  • Dünən, 19:16
    “Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL
  • Dünən, 18:47
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Dünən, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Dünən, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Dünən, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
  • Dünən, 16:38
    Fransa təmsilçisi ''Trabzonspor''dan FİFA-ya şikayət etdi!
  • Dünən, 16:10
    Bu gün Lənkəranda güləş festivalı keçiriləcək
  • Dünən, 15:56
    "Şəfa" üç futbolçu ilə yolları ayırdı
Daha çox
Oxunub: 724
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 258
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 167
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə