“Qalatasaray” “Fənərbaxça”nı səfərdə ardıcıl 21 il məğlub edə bilməməsi dillər əzbərinə çevrilmiş və bu faktla bağlı az qala lətifələr peyda olmuşdu.
Amma son illərdə “Cim-Bim” Kadıköyü sanki öz evinə çevirib.
Football-plus.az xəbər verir ki, komanda son 4 mövsümdə 3-cü dəfə əzəli rəqibi səfərdə yenməyi bacardı. 3 top fərqli qələbə isə hələ uzun illər unudulmayacaq. Çünki “sarı-qırmızılar” səfərdə “Fənər”i sonuncu dəfə 30 il öncə - 1993-cü il aprelin 11-də darmadağın etmişdi (4:1)!
“Qalatasaray” o vaxtdan bu yana Kadıköydə digər qələbələrini isə 1996-da 2:0, 1999-da 2:0 və 2:1, 2020-də 3:1, 2021-də 1:0 hesabları ilə əldə etmişdi.