Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” heyətini gücləndirməyi planlaşdırır.
"Football-plus.az" xəbər verir ki, “köhlən atlar” axtarışı sürətləndirib. Ağdamlılar əsasən sağ cinah vingeri və pleymeyker mövqeyinə transfer etmək istəyir. Qurban Qurbanov komandanın hücumçuya ehtiyacı olduğunu düşünmür, Juninyo ilə Redon Cicanın burda daha effektiv olacağının qənaətindədi. Lakin “Qarabağ”ın şərtlərinə uyğun futbolçu olarsa, heyətə qatılacaq.
İLKİN SULTANLI