Premyer-liqada qış fasiləsi başladı.
Komandalar hazırda istirahət edirlər. Yanvarın 4-dən isə ikinci yarının hazırlıqları start götürəcək.
Football-plus.az xəbər verir ki, premyer-liqa təmsilçiləri heyətini gücləndirmək istiqamətində işlər də görürlər. Bu məsələdə ən fəal klub "Qarabağ"dı. Ağdam təmsilçisi Kadi Borgesin də mümkün gedişini nəzərə alaraq axtarışlarını sürətləndirib. Qurban Qurbanov 3 mövqe üçün oyunçu istəyir: Mərkəz müdafiəçisi, sol cinah yarımmüdafiəçisi və hücumçu.
"Köhlən atlar" Portuqaliya, İspaniya, İtaliya kimi ölkələrin 2-ci, 3-cü liqalarından gənc və istedadlı futbolçular axtarışındadı.
Qurban Qurbanov belə futbolçularla uzunmüddətli müqavilə imzalayıb, tez zamanda sistemə uyğunlaşdırmaq niyyətindədi.
Qısaca, Ağdam təmsilçisinin rəhbərliyi Kadi Borges nümunəsini əsas götürərək öz sistemlərinin uğurlu olduğunu düşünür. Bu səbəbdən də qışda bahalı yox, gənc və istedadlı oyunçular transfer etmək istəyir.
İLKİN SULTANLI