• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Deyəcək çox söz yoxdu”

Premyer-liqa / Manşet

3-09-2023, 23:0

Misli premyer-liqasında 5-ci tura yekun vurulub.
“Football-plus.az” xəbər verir ki, “Səbail” “Qarabağ”ı məğlub edib - 2:1. Matçdan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Məğlub olmağımıza baxmayaraq, yaxşı oyun oldu. Dinamik, mübariz matç izlədik. "Səbail"i təbrik edirəm. Deyəcək çox söz yoxdu. Yüz faizli epizodlarımız var idi, istifadə edə bilmədik. Rəqib imkanlardan maksimum istifadə elədi. Futbolun gözəlliyi budur. Nəticədən yox, oyundan razı qaldım”.


- Fasilədən necə yararlanacaqsız?
- Əfsuslar olsun ki, komanda olaraq bir yerdə istirahət edə bilməyəcəyik. Milli komandalara gedən oyunçular var. Digər futbolçularla üç günlük istirahətdən sonra məşqlərə başlayacağıq.

- Kvabena Ovusunun "Qarabağ"a qayıdacağı iddia edilir. Bu, nə dərəcədə doğrudu?
- Mən də sizin kimi mətbuatdan oxumuşam. Belə bir danışıq olmayıb.

- Bu gün qapıda Şahruddin Məhəmmədəliyevə şans verməyinizin səbəbi nə idi?
- Limit amili də var idi. Belə düşündük.

- Avropa Liqasının qrup oyunlarının təqvimini necə dəyərləndirirsiz?
- Normal. Oyunlara hazırlaşacagıq.

- Avrokuboklara görə aparıcı oyunçular çempionat matçlarında start heyətində meydana çıxmır. Bu, Premyer-liqa oyunlarına necə təsir edir?
- Bəli, hardasa bu, problemdi. Amma biz futbolçularımızı da qorumalıyıq. Leandro Andrade milliyə gedəcək. Marko Yankoviçi ümumiyyətlə meydana buraxmadım. Onların ayın 8-də oyunu var. Çempionata istədiyimiz kimi hazırlaşa bilməmişik. Amma bu, ilk dəfə deyil, neçə illərdi bu rotasiyaları edirik. Ola bilər bu il tam alınmadı. Düzgün qərarlar verməyə çalışacağıq.

- Rəqib hesabda önə keçəndən sonra vaxt aparırdı. Bu, sizin komandada qıcıq yaradırdı?
- Ümumən çox təsir edir. Vaxt keçirmək olar, hakimlərə deyəndə deyirlər ki, vaxtı uzadacağıq. Söhbət burada vaxtı uzatmaqdan getmir. Söhbət tempin aşağı düşməsindən gedir. Oyunu ələ alanda 3-4 dəqiqəlik pauza yaranır. Bu, əlbəttə ki, istənilən komandanın futbolçularında qıcıq yaradır. İstəməzdim ki, temp bu qədər aşağı düşsün. Sanki, məğlub olursansa, ikinci hissəni oynamırsan. Hakimə bildirirdim ki, əvvəlcədən xəbərdarlıq elə ki, sonra bu hallar yaşanmasın. Bu da rəqibin taktiki gedişlərindən biridir. Normal baxmaq lazımdı. Qalib gəlmək üçün hər variantdan istifadə edirdilər. Tempi bu qədər salmasaq, yaxşı olar. Futbol dinamik oyundu.

- Avrokuboklarda oynadığınız dönəmdə çempionatda xal itkiləri yaşayırsız. Qışdan sonra bunları kompensasiya etmək olacaq?
- Qışa kimi kompensasiya etmək lazımdı. Qarşıdakı oyunlarda daha da aktiv olmalıyıq. Gələn ili də hələ bilmək olmaz. Bəlkə qrupda oyunlarımız uğurlu oldu. Gələn il üçün də bizim sıx qrafikimiz ola bilər. Hər bir halda buna öyrənməliyik. Neçə illərdi bu yolu keçmişik. Sadəcə bu il xal itkiləri daha çox oldu. Daima liderlər sırasında olmaq istəyiriksə, hansısa addımlar atmalıyıq.

- Bəhlul və Bədavinin formaya düşməsi nə qədər çəkəcək?
- Bəhlulda hər şey normaldı. Bədavi zədəlidi. Onun komandaya qoşulmasına 15-20 gün var.

- Bəhlul Medina qədər effektli deyil...
- Bəhluldan razıyam. Həm Bəhlul, həm Medina müdafiədə etibarlı oynayır. Məncə bir-birini heç də pis tamamlamırlar.

- 5 tura 2 məğlubiyyət və 1 heç-heçə. Bu, çempionatda sizin üçün faciəyə çevrilə bilər?
- Deməzdim faciə olacaq. Amma nəticəyə təsir edə bilər. Turnir cədvəlinə baxsaq, yığdığımız xallardan razı deyilik. Görünür ki, bu il çempionat tam fərqli olacaq. Böyük çempionatlarda bəzən düşünülməmiş nəticələr olur. Ola bilər ki, bu il ona getsin.

- Nəriman Axundzadənin faydalı iş əmsalının yüksək olması üçün ona nə qədər vaxt lazımdı?
- Müddət olaraq deyə bilmərəm. Məncə, mütəmadi oynamaq lazımdır. Özü də bu haqda düşünməlidi. Oyunçu var daha tez adaptasiya olur, oyunçu var vaxt lazımdı. İnandığım futbolçulardandı. Mən şərait yaradıram, özü də gərək aktiv olsun.

- Sizcə, Avropa Liqasının qrup səddini keçmək mümkündü?
- Biz də çox istəyirik azarkeşlərimizi daha uğurlu nəticələrlə sevindirək. Hər turnirdə maksimum gücümüzdən istifadə etməyə çalışmışıq. Əvvəlki illərdə olduğu kimi bu il də çalışacağıq ki, nəticələrimizi, qoruyub saxlayaq.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

11-07-2023, 22:0

“Futbolçular üçün oynamaq elə də asan deyildi”

Manşet / Avropa Liqası

28-10-2022, 01:0

"Bu cür səhvlərdən böyüyürsən" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

16-04-2023, 22:0

“İnanıram ki, bu məğlubiyyət bizim üçün faydalı olacaq”

Premyer-liqa / Manşet

16-04-2023, 22:0

“Bizim üçün tarixi qalibiyyətdi”

Premyer-liqa / Manşet

22-05-2023, 21:0

"Təəssüflər olsun ki, qalib gələ bilmədik"

Premyer-liqa / Manşet

22-05-2023, 18:0

“Qarşımıza qoyulan məqsədə çatdıq”

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 720
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 250
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 161
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə