Petkov: "Hamı bilir ki, “Qarabağ” çempionatın ən güclü komandasıdı" - MÜSAHİBƏ

6.08.2023 14:21 348
Premyer-liqa / Manşet
"Turan Tovuz"un bolqarıstanlı hücumçusu Martin Petkov "Football-plus.az" saytına müsahibə verib.

- "Araz-Naxçıvan"a böyük hesabla qalib gəldiz. Oyun haqda nə deyə bilərsən?
- Qalib gəldiyimizə görə çox şadam. Çünki qələbə ilə başlamaq vacib idi. Oyun bizim üçün rahat keçmədi, xüsusən də birinci hissə. Amma şükürlər olsun, sonda qazanan biz olduq.

- Mövsümün ilk qolu səndən gəldi. Bu necə hissdi?
- Xoşbəxtəm. Əsas hədəf komandamın hər matçda qazanmasıdı. Qolu kimin vurması fərq etmir, əsas odu ki, sonluq bizim üçün yaxşı bitsin.

- Mövsüm ərzində nə qədər qol vura bilərsən?
- Konkret rəqəm deməyi sevmirəm. Bacardığım qədər qol vurmaq və komandaya kömək etmək üçün çox çalışacağam.

- Növbəti turda güclü "Qarabağ"la qarşılaşacaqsız. Oyundan gözləntilərin nədi?
- Bəli, növbəti matçı "Qarabağ" a qarşı keçirəcəyik. Hamı bilir ki, “Qarabağ” çempionatın ən güclü komandasıdı. Amma nə qədər çətin olsa da, matçı qazanmağa və rəqiblə başabaş mübarizə aparmağa çalışacağıq.

- "Turan Tovuz"un bu mövsüm üçün hədəfləri nədi?
- Hədəfimiz daha çox oyunda qalib gəlmək və irəli sıralarda olmaq. Çox yaxşı heyətimiz var. Bunu bacaracağımıza inanıram.

- Stadionda təmir işləri getdiyi üçün öz meydanınızda oynaya bilmirsiz. Bu amil oyununuza təsir edəcəkmi?
- Heç şübhəsiz, stadionumuzdakı atmosfer fərqlidi. Azarkeşlərin doğma meydanda bizə dəstək verməsi tam başqadı. Bu, oyunumuza da təsir edən amildi. Amma "Araz-Naxçıvan"la da matçda fanatlarımız yanımızda oldu. Onlara təşəkkür edirəm.

- "Turan Tovuz" azarkeşlərinə nə demək istərdin?
- Onlar bizi mövsüm ərzində tək qoymasınlar. İnşallah, azarkeşlərimizi sevindirəcəyik.

CAVİD ƏLİYEV