Meyson Qrinvud iş yerini dəyişəcək.
"Football-plus.az" xəbər verir ki, o, “Mançester Yunayted”dən ayrılmağa məcburdu. İngiltərə klubu onunla müqavilənin tezliklə qüvvədən salınacağı haqda məlumat yayıb. Səbəb gənc futbolçunun şəxsi həyatı ilə bağlıdı.
Xatırladaq ki, Meyson ötən ilin fevralında sevgilisi Harriyetə qarşı cinsi və fiziki zorakılığa əl atdığı üçün məsuliyyətə cəlb olunmuşdu. 21 yaşlı hücumçu o vaxtdan yaşıl meydanlara həsrət qalıb.