Ayazın nəinki yığmanı, hətta "Sabah"ı da gücləndirməsi sual altındadı – menecer dedi

31.08.2023 18:15 272
Premyer-liqa / Manşet
Rusiya futbolundakı çıxışına görə tanınan Ayaz Quliyevin "Sabah"la 3 illik sözləşməyə qol çəkdiyini xəbər vermişdik.

Futbolçunun yaxınlarda Azərbaycan yığmasına cəlb olunması da gündəmdədi. Hətta AFFA-nın sözçüsü Elnur Məmmədli Ayaz Quliyevin “milliləşdirilməsi” ilə bağlı FİFA-ya müraciət etdiklərini bildirib. Həqiqətənmi adı çəkilən futbolçu ölkənin əsas komandasını gücləndirəcək səviyyədədi? "Football-plus.az" saytı olaraq, təcrübəli menecer Tural Əsgərovdan fikir öyrəndik:

"Səmimi deyim ki, son vaxtlar Ayaz Quliyevin çıxışını izləməmişəm. Amma bilirəm ki, bir müddətdi oynamır. Bu üzdən onun hazırda nəinki yığmanı, hətta "Sabah"ı da gücləndirməsi sual altındadı. Hər şeyi tezliklə meydanda görəcəyik".


ABDULLA İSMAYILOĞLU