Rusiya premyer-liqasında 28-ci turun oyunları keçirilib.
Football-plus.az xəbər verir ki, Ayaz Quliyevin formasını geyindiyi "Arsenal" da növbəti matçına çıxıb.
Tula təmsilçisi doğma meydanda “Krasnodar”la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1.
Ayaz da bu matçın iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Arsenal” geridə qalan 28 turda 23 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Ayazın komandasından heç-heçə
Dünya futbolu




