"Ayaz Quliyev Azərbaycan millisində çıxış etdiyi gündən...”

10.01.2023 15:12 626
Yığma / Manşet
"Ximki"də çıxış edən Ayaz Quliyev "RB Sport"a açıqlamasında Azərbaycan millisində oynamaq istədiyini və belə olan halda Rusiyada legioner sayılmayacağını deyib.

Görəsən, bu nə dərəcədə realdı? "Football-plus.az" saytı olaraq bu sualı aydınlaşdırmaq üçün təcrübəli menecer Erkin İbrahimovun reaksiyasını öyrəndik:

"Ayaz Quliyev Azərbaycan millisində çıxış etdiyi gündən legioner sayılacaq. Bu birmənalıdı. Necə ki, Emin Mahmudovla Ramil Şeydayev yığmamızı seçəndən sonra Rusiyada əcnəbi oldular. Çox-çox əvvəllər Rusiya pasportuna sahib olmaqla yerli futbolçu statusuyla çıxış etmək olardı. Hazırda o qayda yoxdu".


ABDULLA İSMAYILOĞLU