Millimizin Avropa Superfinalındakı rəqibləri bəlli olub

30.08.2023 16:50 197
Yığma
Çimərlik futbolu üzrə millimizin Avropa Superfinalında qarşılaşacağı rəqiblər məlum olub.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 19-25-i aralığında İtaliyanın Alqero şəhərində keçiriləcək oyunlarda yığma B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə mübarizə aparacaq.

Qarşılaşmaların dəqiq tarixləri hələlik bəlli deyil.