Millimizin rəqibləri müəyyənləşdi

8.08.2022 23:20 333
Dünya futbolu
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının “Anoc World Beach Games”də qarşılaşacağı rəqiblər məlum olub.

Football-plus.az xəbər verir ki, avqustun 27-dən sentyabr 5-dək İtaliyanın Katanya şəhərində keçiriləcək oyunlarda millimiz Ukrayna və İsveçrə komandaları ilə qarşılaşacaq. Matçların dəqiq tarixləri yaxın müddətdə dəqiqləşəcək.